!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın ərazisində kimsə həddini aşıb at oynatmasın” - Partiya sədri / VİDEO

!Reklam – Yazi

“Biz sülhməramlıların burada olmasını qaçılmaz şərt kimi qəbul etmişik, kimsə onları dəvət etməyib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında məlum üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin yolverilməz davranışlarına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev səsləndirib.

Fərəc Quliyev sülhməramlı qüvvələrin öz səlahiyyətlərindən kənara çıxmasını sərt tənqid edərək, Azərbaycanın “qırmızı xətt”inin olduğunu və heç kəsin onu keçə bilməyəcəyini vurğulayıb:

“Biz sülhməramlıların burada olmasını qaçılmaz şərt kimi qəbul etmişik, kimsə onları dəvət etməyib. Ermənistan tərəfi atəşkəslə bağlı Rusiya sülhməramlılarının orada yaşayan erməniləri qoruyacağına inandığını bildirib.

Bizim onların burada yerləşdirilməsində marağımız olmayıb. Onlar buraya sülhməramlı missiyası ilə gəliblərsə, buna uyğun səlahiyyət çərçivəsindən kənara çıxmamalıdırlar.

Qarabağda hansısa mərkəzin yaradılması, mülki idarəetməyə müdaxilə etmək və bu kimi cəhdlər sülhməramlıların funksiyalarından kənardır. Orada təmir-tikinti işlərinin də aparılması onlara aid olan məsələ deyil. Biz özümüz bilərik, ərazimizdə hansı işi görərik, hansını yox.

Bildiyiniz kimi, son günlərdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hərbçilərinə hücumlar oldu. Onlar bunun qarşısını almalıdırlar. Bizim hərbçilərimizə, mülki işçilərinə hücum edilir, guya bunların xəbəri yoxdur.

Üstəlik, Laçın dəhlizində kimi istəyirlər, bura köçürüb gətirirlər. Birmənalı şəkildə bilinməlidir ki, Azərbaycan tərəfi öz sivil hüquqlarının heç birindən keçməyəcək. Qırmızı xətlər var. İctimaiyyətin gözü sülhməramlıların üzərində olacaq.

Heç kim Azərbaycanla başqa dildə danışa bilməz. Azərbaycan prezidenti son dəfə bildirdi ki, ermənilər baş qaldırarlarsa, kimə güvənməklərindən asılı olmayaraq, darmadağın ediləcəklər. Azərbaycan ərazilərində daxilində kimsə həddini aşıb at oynatmasın. Bizim ərazilərmizdə hər kəs öz işini görməlidir, başqa cür ola bilməz”.

Aqil Bəkir

www.yenicag.az

1425
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv