Azərbaycanın qaz coğrafiyası genişlənir: Almaniya və Avstriyaya ixrac başlandı
Azərbaycan Avropa enerji bazarındakı mövqeyini daha da möhkəmləndirib.
Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatı təqdim edərkən məlumat verib.
Baş nazir qeyd edib ki, 2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 milyard kubmetr qaz ixrac edilib. Azərbaycanın qaz təchizatı coğrafiyasının genişləndirilməsi istiqamətində uğurlu addımlar atılır:
“Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilmiş və ilk dəfə olaraq Azərbaycan qazının Suriyaya tədarükünə başlanılıb. Ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlmişdi. Hazırda isə bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb”.












