Azərbaycanın qızıl ixracından gəliri artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 276,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69,4% çoxdur.

Təkcə oktyabrda isə Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 19,1 % azdır.

10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05