Azərbaycanın “Sülh Şurası”ndakı iştirakı nələri dəyişəcək? – ŞƏRH

media-hightechnic-468x90

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təsis edilmiş Sülh Şurasının ilk iclası keçirildi. Qeyd edək ki, bu şura cari ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində yaradılıb. Toplantıya dəvət olunan rəsmi qonaqlar arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alıb.

media-banner_tkm

Azərbaycanın Sülh Şurasında iştirakının əsas səbəbləri və bu platforma vasitəsilə dünyaya verə biləcəyi qatqılar nədən ibarətdir?

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, hazırkı geosiyasi böhranlar, müharibələr və iqtisadi təlatümlər dövlətlərarası münasibətləri tənzimləyən yeni təşkilatların yaranmasını qaçılmaz edir.

media-ec97fd37-5e10-4ba5-8f25-d062763f5707

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra qurulan dünya nizamı demək olar ki, artıq mövcud deyil:

“BMT başda olmaqla dövlətləarası münasibətlər sistemini tənzimləyən təşkilatlar q funksionallığını itirib. İndiyə qədər bütün istiqamətləri əhatə edən beynəlxalq təşkilatlar qlobal imperializmin maraqlarını həyata keçirib və əsasən qərəzli mövqe ortaya qoyub. Yəni heç bir zaman ədalətin bərqərar olmasını həyata keçirməyib. Bunun çoxsaylı örnəkləri var. Digər tərəfdən beynəlxalq təşkilatlar indiyə qədər ABŞ-nin hərbi gücü ilə funksionallığını qorunağa müvəffəq olurdu. Çünki ABŞ-də hökumətlər bir qayda olaraq qlobal imperializm tərəfindən formalaşdırılırdı.
Amma indi ABŞ-də milli dövlətlərin önə çıxmasına çalışan hökumət var. Hazırda ABŞ daxilində, eyni zamanda dünyada milli dövlətlərlə qlobal imperializm arasında savaş gedir”.

Əli Zülfüqaroğlu əlavə edib ki, yeni dünya nizamında köhnə təşkilatların mövcudluğunu qoruması mümkün görünmür:

“Əvvəlki dövrlərdə beynəlxalq maliyyə sisteminin formalaşdırdığı ABŞ hökumətləri məhz bu sistemin törəmə quruluşları olan beynəlxalq təşkilatların fəaliyyətini təmin edirdi. Artıq ABŞ-da bu sistemə müxalif olan bir hakimiyyət var. Bu səbəbdən BMT başda olmaqla, bir çox beynəlxalq təşkilat öz əhəmiyyətini itirəcək. Trampın təşəbbüsü ilə yaradılan ‘Sülh Şurası’ ilk növbədə BMT-yə alternativ bir platformadır”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, qlobal sistemin bir parçası olan Avropa İttifaqının Sülh Şurasına qarşı çıxması təbiidir:

“Lakin Avropa İttifaqının özünün mövcudluğunu qoruması artıq problemə çevrilib. Bu da o deməkdir ki, Sülh Şurası dünya miqyasında effektiv bir təşkilata çevrilərək getdikcə genişlənəcək. Azərbaycanın Sülh Şurasında təsisçi üzv kimi təmsil olunması kifayət qədər strateji məsələdir. Son illər geosiyasi proseslərə ən adekvat siyasət yürüdən ölkələrdən biri məhz Azərbaycandır. Bu praqmatik siyasətin nəticəsi olaraq ölkəmiz öz əsas problemini (Qarabağ münaqişəsini) həll edib və yeni hədəflər müəyyənləşdirib. Dövlət başçısının hadisələrə çevik reaksiyası Azərbaycanın beynəlxalq səviyyədə önəmli aktora çevrilməsini şərtləndirir. Nəticədə bölgədə yeni mənzərə yaranır və ölkəmizin diplomatik manevr imkanları genişlənir. Bu baxımdan, Azərbaycan Sülh Şurasında təsisçi üzv kimi təmsil olunmaqla öz beynəlxalq nüfuzunu və gücünü daha da artıracaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05