Azərbaycanın Tailandda səfirliyi açıldı
Azərbaycanın Tailanddakı səfirliyinin Banqkok şəhərində rəsmi açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimində iştirak edib.
Nazir müavini səfirliyin yerləşdiyi binanın qarşısında Azərbaycanın dövlət bayrağını ucaldıb.
Daha sonra Elnur Məmmədov və onun tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər.
Sonra isə çoxsaylı rəsmi qonaqların iştrakı ilə ziyafət təşkil olunub.












