!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın UEFA-nın Feyr-Pley reytinqində yeri AÇIQLANDI

!Reklam – Yazi

UEFA-ya üzv ölkələrin Feyr-Pley reytinqləri açıqlanıb.

Yenicag.az-ıın məlumatına görə, qitə futbol qurumu 2018/19 mövsümünün nəticələrinə əsasən üç müxtəlif göstəricidə ölkələrin cədvəlini tərtib edib.

Ümumi Feyr-Pley reytinqinin qalibi adına Finlandiya yiyələnib. Bu ölkənin komandaları mövsümün 76 matçına əssən 8,686 xal toplayıb. Hesabında 58 qarşılaşma olan Gürcüstan 8,540 xalla 2-ci, təmsilçiləri 104 görüşə çıxan Norveç 8,525 xalla 3-cü olub. Azərbaycan komandaları 61 beynəlxalq oyun keçiriblər. 8.113 xala malik ölkəmiz 33-cü yerdədir.

Tamaşaçılar üzrə Feyr-Pley reytinqində Farer adaları qalib olub – 46 oyunda 8,850 xal. Norveç (104 oyun, 8,822 xal) 2-ci, İslandiya (64 oyun, 8,782 xal) 3-cü yeri tutub. 41 qarşılaşma üçün 7,782 xala malik Azərbaycan isə yalnız 40-cıdır.

UEFA-nın Feyr-Pley reytinqində İnkişaf cədvəlinin qalibi adını Gürcüstan qazanıb. 2017/18 mövsümündə 7,913, 2018/19 mövsümündə 8,540 xala malik qonşularımız hamıdan çox – 0,627 xallıq artım əldə edərək 1-ci olublar. Andorra 0,623 ilə ikinci, Litva 0,448 xalla 3-cüdür. Azərbaycan artıma nail olan 26 ölkə sırasındadır. 2017/18 mövsümündəki 8,100-dən 2018/19 mövsümündə 8,113-ə yüksələn ölkəmizin inkişafı 0,013-ə bərabər olub. Azərbaycan bu göstəricidə 22-cidir.

Qalib ölkələr – Finlandiya, Farer adaları və Gürcüstan hərəyə 50 min avro mükafat alıb.

Qeyd edək ki, UEFA-nın siyahılarında quruma üzv olan 52 ölkə yer alıb. Təmsilçiləri zəruri olan oyun sayından az matç keçirən Lixtenşteyn, San-Marino və Cəbəllütariq isə sıralamadan kənarda göstərilib./APA/

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv