!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın VASİTƏÇİ SEÇİMİ: “Bu formatlardan hansının daha effektli olacağını...”

!Reklam – Yazi

“Yeni mərhələdə Vaşinqton və Brüssel formatları çərçivəsində proses daha sürətlə inkişaf etdirildi”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” kanalına müsahibəsində Ermənistanla normallaşma prosesinin gedişində vasitəçi ölkələrin fəaliyyəti haqda mövqeyini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu prosesdə mühüm məqam nəticənin əldə edilməsindən ibarət olduğu üçün əsas vasitəçinin kimliyinin Azərbaycan üçün heç bir önəmi olmayıb:

“Azərbaycan-Ermənistan normallaşma prosesində vasitəçi tərəflər arasındakı rəqabət, onun mahiyyəti və gedişi ilə bağlı Azərbaycan Prezidentinin dedikləri reallığa tam şəkildə uyğun olmaqla bərabər, çox sağlam yanaşmadır. Eyni zamanda, bu, prosesin mümkün olan ən qısa müddətdə məntiqli sonluğa çatdırılmasına hesablanmış bir mövqedir.

Həqiqətən də, dövlət başçısı Azərbaycan-Ermənistan normallaşma prosesinin həm ikilikdə aparılması variantını məqbul hesab edib, həm də sürəcin vasitəçilərin iştirakı ilə dinamik formada aparılmasını məqsəduyğun sayıb. Əslində, prezidentin də dediyi kimi, bu prosesdə əsas vasitəçinin kimliyinin heç bir önəmi olmayıb. Vacib olan məqam nəticənin əldə edilməsindən ibarətdir.

Yəni danışıqlarda əsas olaraq Vaşinqton, yaxud Brüssel, ya da ki, Moskva formatının çıxış etməsinin elə bir əhəmiyyəti yoxdur. Azərbaycan aparılan danışıqların maksimum qısa müddətdə sülh sazişinin imzalanması ilə yekunlaşmasını şərtləndirən bütün təşəbbüslərə önəm verir. Geriyə baxsaq, keçmiş Qarabağ münaqişəsinin həllinə yönəlik prosesdə müxtəlif qütblərin iştirakının şahidi olmuşuq.

Ancaq çox təəssüf ki, ATƏT-in Minsk qrupunun mövcud olduğu dövrdə ABŞ, Fransa və Rusiyanın o formatın həmsədrləri postundakı fəaliyyəti səmərəli olmadı və gözlənilən nəticəni vermədi. Bununla belə, 44 günlük müharibədən sonra yeni formatlar meydana çıxdı və Azərbaycan həm haqlı, həm də regionun üstün qüvvəsi olaraq sülh anlaşmasının əldə olunmasında həlledici mövqeyin Rusiyaya məxsus olması ilə razılaşdı.

Lakin yeni mərhələdə Vaşinqton və Brüssel formatları çərçivəsində proses daha sürətlə inkişaf etdirildi. İndiki şəraitdə rəsmi Bakının Azərbaycan-Ermənistan normallaşma prosesinə Vaşinqton, Brüssel və Moskva formatlarının imkanlarından istifadəsi heç də bəlli qütbləri toqquşdirmaq niyyətindən irəli gəlmir. Əksinə, Azərbaycan özünü bu siyasəti ilə ən müxtəlif mərkəzlərin arasında heç olmasa, bir məsələdə ümumi anlaşmanın ola biləcəyi ümidini ortaya qoyur. Mövcud formatlardan hansının daha effektli olacağını isə yaxın gələcək göstərəcək”.

A.Zeynalov

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv