!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla bu ölkəni 3 SAAT AYIRACAQ: Yeni BİRBAŞA AVİAREYS turizmə necə təsir edəcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Azərbaycanla Qırğızıstan arasında birbaşa aviareysin açılması ölkə türizminə böyük töhvə verəcək”.

Bunu Azərbaycanla Qırğızıstan arasında birbaşa aviareysin açılmasının turizm sektoruna təsirlərini şərh edərkən turizm üzrə ekspert Rəhman Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Azərbaycanla Özbəkistan arasında birbaşa aviareyslərin turizm sektoruna müsbət təsir etdiyini misal göstərən ekspert Qırğızıstanla da buna nail olunacağını bildirib:

“Bir ölkənin turizmini inkişaf etdirmək üçün mütləq şəkildə turizm mübadiləsi olmalıdır. Bu mübadilə qarşılıqlı həyata keçirilir. Azərbaycanla Qırğızıstan arasında birbaşa aviareysin açılması, təbİi ki, turizm sektoru üçün sevindirici haldır. Məsələn, 2010-cu illərdə Özbəkistana aviareyslər çox məhdud sayda idi. Sadəcə həftədə iki dəfə olmaqla Daşkəndə uçuşlar həyata keçirilirdi. Sonradan isə Azərbaycan və Özbəkistan rəsmilərinin birgə layihələri əsasında hər iki ölkənin turizm istiqamətində böyük işlər görüldü. Demək olar ki, bu gün Özbəkitsan ən çox kütləvi turist axını olan ölkələrdən biridir. Azərbaycanla Özbəkistan arasında birbaşa aviareyslərin fəaliyyəti nəticəsində turist mübadiləsi maksimal həddə çatıb. Qırğızıstandan da Azərbaycana aviareyslərin fəaliyyətə başlaması ölkə türizminə böyük töhvə verəcək. Təkcə Qırğızıstanın paytaxtı Bişkekə deyil, başqa şəhərlərinə də aviareyslərin açılmasında bizim əsas hədəfimiz həmin bölgələrdən Azərbaycana turistlərin gəlməsini təmin etməkdir”.

Sadiq Cavadov

www.yenicag.az

1507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv