Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Azərbaycanla oyunda 3 xal bizim üçün böyük əhəmiyyət kəsb edirdi"

Reklam: High Technic

Futbol üzrə Norveç millisinin baş məşqçisi Lars Lagerbek Osloda Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, o, öncə bunları söyləyib:

“Bugünkü matçda əsas məsələ qələbə qazanmaq idi. Biz də buna nail olduq. Futbolçularımın oyunundan və matça yanaşmalarından xeyli razı qaldım. Bu 3 xal bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Biz neçə dəfə özümüz də rəqibə qol vurmaq şansı yaratdıq. Qarşıdakı görüşlərdə belə səhvləri təkrarlamaq olmaz. Bununla belə, oyundan razıyam. Məqsədimizə nail olduq”.

İsveçli mütəxəssis qol epizodlarından lazımınca yararlana bilməmələrindən narahatlıq ifadə edib. Onun fikrincə, bu hal Almaniya ilə qarşıdakı görüşdə komandaya problem yarada bilər. Müdafiə xəttindən razılıq ifadə edən təcrübəli baş məşqçi hücum xətti üzərində işləməyə zərurət olduğunu söyləyib. O, İslandiya yığmasındakı uğurlu fəaliyyətindən sonra Norveç millisindəki işini qiymətləndirməyə tələsməyib:

“Hələlik, qiymət verməyə tələsmirəm. Çünki cəmi 4 matç keçirmişəm. Ümidvaram ki, Norveçdəki işim İslandiyadakı kimi uğurlu olacaq”.

Yenicag.az

www.yenicag.az

476