Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Azərbaycanlı aktrisaya 10 milyonluq TƏKLİF

“Öz şəxsi həyatlarını və problemlərini danışaraq reklam olunmaq istəyirlər”.

Bunu aktrisa Arzu Abdulova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa insanların belə qalmaqallardan artıq bezdiyini bildirib:

“Bəzi sənət adamları təəssüf ki, bu gün sənəti ilə deyil, şəxsi həyatları ilə gündəmə gəlir. Çıxıb öz şəxsi həyatları və problemlərindən danışaraq reklam olunmaq istəyirlər. Hansı ki, bunun heç cəmiyyətə dəxli də yoxdur.

Heç kimin şəxsi həyatı mənə maraqlı deyil. Elə öz həyatımla da bağlı efirlərdə danışıb reklam olunmaq niyyətində deyiləm. Kimsə bədənini nümayiş etdirib, ona-buna söz atıb, qeybət edib, açıq-saçıq ifadələrlə diqqət çəkmək istəyirsə, özü bilər. Öz filmlərimlə gündəm olmaq istəyirəm. Çünki insanlara mənim sənətim daha maraqlıdır, nəinki gündəm naminə hay-küy yaratmaq. Artıq insanlar da belə qalmaqallardan bezib”.

Aktrisaya xarici ölkələrin birində 10 milyon avroluq filmə dəvət alıb:

“Xarici ölkələrin birindən filmə dəvət almışam. Seçim zamanı mənə üstünlük verilib. Yalnız o qızı istəyirik deyiblər. 10 milyon avro büdcəsi olan bir filmdir. Günlük çəkilişim üçün 5 min avro nəzərdə tutulub”.

A.Abdulova xarici filmdə çəkiləcəyi təqdirdə, ölkədən birdəfəlik getmək fikrində olmadığını söyləyib:

“Birdəfəlik Azərbaycandan getməyəcəm. Ayağımın altını qazıyanlara inad olaraq bildirim ki, həm Azərbaycanda serial və filmlərə çəkiləcəm, həm də xarici layihələrə qatılacam”.

Cəvahir

www.yenicag.az

1212
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100