Azərbaycanlı aktyor anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat etdi

media-hightechnic-468x90

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

media-banner_tuq

Yenicag.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu haqda mərhumun yaxın dostu və həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını deyib.

Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

“Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05