Azərbaycanlı alim ad günündə vəfat etdi - FOTO

media-hightechnic-468x90

AMEA-nın alimi, tanınmış tənqidçi vəfat edib.

Yenicag.az xəbər verir ki, akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi Xanverdi Turaboğlu dünyasını dəyişib.

3 sentyabr 1967-ci il təvəllüdlü alim sentyabrın 3-də, öz doğum günündə həyatını itirib.

O, doğulduğu Cəlilabad rayonunun Maşlıq kəndində dəfn edilib.

Xanverdi Turaboğlu müasir ədəbi proseslə o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir.

X.Turaboğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600