Milyonluq izləyicisi olan azərbaycan əsilli məşhur bloqer SUBO Rusiya vətəndaşlığından məhrum edilib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Sübxan Məmmədovun Rusiya vətəndaşlığını qəbul edərkən özü haqqında yalan məlumat verdiyinə RF vətəndaşlığından məhrum edildiyi bildirilib.
Rusiya mətbuatı S. Məmmədovun polis əməkdaşlarını ələ salan videolar yaydığına görə vətəndaşlıqdan məhrum edildiyini yazıb.
Bloqerin vərəndaşlığı ləğv olunmaqla yanaşı ona Rusiya Federaasiyası ərazisinə 70 il qadağa qoyulub.
Onun hazırda Birləşmiş Ərəb Əmirləriklərində olduğu bildirilib.
Qeyd edək ki, SUBO ləqəbli bloqerin “Instagram” sosial şəbəkəsində 13 milyon izləyicisi var.
www.yenicag.az