Leyla Əliyeva BMT-nin Cenevrə ofisində "Azərbaycan otağı" ilə tanış oldu - FOTO

media-hightechnic-468x90

Yanvarın 30-da Leyla Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, tanışlıq zamanı “Azərbaycan otağı”nda istifadə edilmiş konsepsiya və milli elementlər barədə məlumat verilib.

Qeyd edilib ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan, BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində “Azərbaycan otağı” Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.

“Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü – tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.

media-0ujeejemyor7y6scqokyrod1btbpxa16v7hs63uj_1200 media-mwyrbswbyundxdxwpc2bkxmrq8yni31dbteupqgg_1200 media-k5qrszxwy7faje6uwzialoi9dewj6chndopmtbhb_1200 media-692ccls7oqyjlnwmydybfx2hqok9zvptbikhs3qd_1200 media-vfxiffjgkywkkrltd1o7gk4xs08vpqnittuoazme_1200 media-y4uwopsro39n16eumhkqewfmovb35l10hkjhrbbe_1200 media-yvvs0h3hzopaszvmagl2jksxbtzdqeuavejvnfsq_1200

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa