Yaponiya yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır
Yaponiya energetikanı, o cümlədən yaşıl enerjini Azərbaycanla əməkdaşlığın prioritet istiqaməti hesab edir.
Bu barədə Yenicag.az-a Yaponiyanın Azərbaycandakı səfiri Katuya Vatanabe məlumat verib.
O Azərbaycanı çox cəlbedici ölkə kimi xarakterizə edib və ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensialı vurğulayıb.
“Prioritet istiqamət energetikadır, o cümlədən yaşıl enerji. Bundan əlavə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur”, – Vatanabe qeyd edib.
Səfir xatırladıb ki, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın son iclası keçən il Tokioda keçirilib.
“Ənənəyə uyğun olaraq, növbəti iclas Bakıda keçiriləcək. Dəqiq tarix hələ məlum deyil, lakin tərəflər bu məsələni yaxın zamanda müzakirə etməyi planlaşdırırlar. Həmçinin bu il xarici işlər nazirlikləri arasında məsləhətləşmələr də keçiriləcək”, – o bildirib.
Vatanabe qeyd edib ki, ötən il tərəflər informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar və cari ildə onun həyata keçirilməsi üçün daha konkret mexanizmlərinin müzakirəsi planlaşdırılır./Report/












