Qızıl və gümüş ucuzlaşdı
Comex birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti yanvarın 23-dən bəri ilk dəfə troy unsiyası üçün 4950 dollardan aşağı düşüb. Eyni zamanda, 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti yanvarın 16-dan bəri ilk dəfə troy unsiyası üçün 90 dollardan ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd olunur.
Bakı vaxtı ilə saat 21:12-yə olan məlumata görə, qızıl fyuçerslərinin qiyməti 7,82% azalaraq troy unsiyası üçün 4936 dollar, gümüş fyuçerslərinin qiyməti isə 21,01% geriləyərək troy unsiyası üçün 90,39 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 21:20-yə qədər qızılın qiyməti daha da ucuzlaşaraq troy unsiyası üçün 4928,2 dollara (-7,97%), gümüşün qiyməti isə 21,42% azalma ilə troy unsiyası üçün 89,915 dollara düşüb.












