Azərbaycanlı əfsanəvi futbolçunun arvadını maşınla vurub öldürdü

media-hightechnic-468x90

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.

Məlumata görə, 44 yaşlı azərbaycanlı “Mercedes” markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın “Karpat” klubunun (Lvov) əfsanəvi futbolçusu, “Olimpiya-L” ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim Boris Rassıxinin həyat yoldaşı Lübov Rassıxinadır./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600