!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı futbolçu dopinqə görə cəzalandırıldı

!Reklam – Yazi

I Divizionda çıxış edən “Zaqatala” klubunun futbolçusu Mahmud Məmmədov cəzalandırılıb.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, antidopinq qaydalarını pozan oyunçu Azərbaycan Milli Antidopinq İntizam Komitəsinin (AMAİK) qərarı ilə 2 illik diskvalifikasiya olunub.

“Neftçi- 2” ilə oyun zamanı M. Məmmədovdan götürülmüş nümunələr Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən laboratoriyaya göndərilmiş və müvafiq hesabata əsasən, futbolçunun qanında qadağan edilmiş maddənin mövcudluğu aşkar edilib.

FIFA 9 fevral 2023-cü il tarixində qəbul edilmiş qərarla AMAİK-in 23 dekabr 2022-ci il tarixli qərarını tanıyıb.

Məcburi şərti kənarlaşdırma cəzası 28 iyun 2022-ci il tarixindən hesablanacaq.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv