Azərbaycanlı futbolçu “Şalke”-yə keçir

media-hightechnic-468x90

img1862788Rusiyanın “Zenit” klubunun iki gənc futbolçusu 2015/16 mövsümünü icarə qaydasında Almaniya “Şalke”sində keçirəcək.

media-banner_tkm

Yenicag.az qol.az-a istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış müqavilənin müddəti bir ildir. Müqavilə başa çatdıqdan sonra onlar “Zenit”ə qayıdacaqlar.

Rusiya mətbuatının ehtimalına görə, “Şalke”yə göndəriləcək iki futbolçu Piter klubunun gənc hücumçuları – Maksimilian Proniçev, Aleksey Qasilin və ya əslən azərbaycanlı Ramil Şeydayev olacaq.

Qeyd edək ki, “Zenit” və “Şalke”nin baş sponsoru Rusiyanın “Qazprom” şirkətidir.

Əlavə edək ki, bugünlərdə U-19 milli komandaları arasında keçirilən Avropa çempionatında R.Şeydayev gümüş medal qazanıb. O, həm də 12 qolla yarışın bombardiri olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05