!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı gənc idmançı beynəlxalq yarışda ikinci oldu

!Reklam – Yazi

2024 cü ilin 28 May- 02 iyun tarixləri arasında Türkiyənin İstanbul şəhərində “İSTANBUL CUP ” Beynəlxalq Ritmik Gimnastik Yarışması keçirilib.

Yenicag.az xəbər verir ki, dünyanın bir çox ölkəsindən 700-dən çox idmançının qatıldığı yarışmada Azərbaycanlı Mətanət İbrahimova 2-ci olub.

2014 cü il təvəllüdlü idmançı sərbəst və kurdələ aləti ilə yarışıb. Azərbaycanlı idmançının sərbəst üzrə mahnı seçimi isə Azərbaycanı Avroviziya mahnı müsabiqəsində 3-cü edən Aysel Teymurzadə və Araşın ifa etdiyi “Always” mahnısı olub.

Qeyd edək ki, Mətanət İbrahimova Türkiyənin İstanbul şəhərində Azərbaycanın Olimpiya, Dünya və Avropa çempionu olan Valerya Yegayın rəhbəri olduğu “Alev” Ritmik Gimnastik İdman Klubunun üzvü və Valerya Yegayın yetirməsidir.

COP29

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv