Reklam

Reklam

aytekesas_1445349300Son illərdə azərbaycanlı gənclərin uğurları ilə bağlı xəbərlər sıralanmaqdadır. Kəşflər, dünyanın müxtəlif nüfuzlu qurumlarında iş fəaliyyətlərindən tutmuş, elmi məqalələrin çapına qədər olan bir sıra mühüm nailiyyətlərə imza atan bu gənclər uğur formulunun sirrini də həmyaşıdları üçün açıqlayırlar. Bu günlərdə daha bir aktiv gəncimizin uğuru gündəmdə yer alıb. Bu Türkiyədə “Yüksek Texnologiyalar” ixtisası üzrə magistr pilləsində təhsil alan tələbəmiz Aytək Məmmədlidir.

Belə ki, “Beynəlxalq Toz və Borulu Maddələr” sempozyumunda “Karbon Nanomateriallarının Metallı Birləşmələrinin Amonyak parçalanmasında istifadəsi” mövzusunda məqalə ilə çıxış edən gəncimiz daha sonra nüfuzlu beynəlxalq jurnalda eyni adlı məqalənin dərci üçün dəvət alıb. Məqalənin birinci hissəsi nanomaterialların və onların metallı birləşmələrinin istehsalı, tibdə-xərçəngin müalicəsində və sənayedə tətbiqini əhatə edir. Onu da qeyd edək ki, diplom müdafiəsinə hazırlaşan Aytək Məmmədli bir neçə müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Kaliforniya Texniki Universitetində “Tibbi Nanotexnologiya” ixtisası üzrə doktorantura pilləsində təhsil almaq hüququ qazanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 76
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."