Azərbaycanlı gənclər qalib gəldilər

media-hightechnic-468x90

загруженное (22)Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup tələbəsi “Erasmus Mundus” beynəlxalq mübadilə layihəsində qalib gəlib. Bu layihə ali təhsildə əməkdaşlıq vasitəsilə iştirakçı dövlətlərin qonşu şərq ölkələrinə inteqrasiyasını gücləndirmək məqsədi daşıyır.

Universitetin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, layihədə qalib gələn tələbələr 2014/2015-ci tədris ilinin ilk günlərindən İspaniya, Portuqaliya və İtaliyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməyə başlayıblar.

AzTU-nun bir əməkdaşı isə yeni dərs ilində İsveçin Malmö Universitetində tədris prosesinə müəllim kimi cəlb edilib.

Azərbaycan Texniki Universiteti hazırda təhsil üzrə 20-dən çox beynəlxalq əməkdaşlıq müqaviləsində iştirak edir. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600