Azərbaycanlı Kiyevdə sülh yürüşü keçirib

media-hightechnic-468x90

14126915192640842358_600x400 Ukrayna paytaxtının mərkəzi küçəsi olan Kreşşatikdə və İstiqlaliyyət meydanında gənclərin iştirakı ilə “Ukrayna sülh uğrunda” adlı kütləvi tədbir keçirilib. Tədbir həmvətənlərimiz Nicat Mirzəyev və Şəmsi Məhərrəmovun rəhbərlik etdikləri “Gənclər dünyası” təşkilatının və Kiyevdəki 1 nömrəli Qafqaz xalq rəqsləri məktəbinin təşəbbüsü ilə təşkil olunub.

Sülh yürüşündən sonra müxtəlif musiqi kollektivlərinin, o cümlədən “Qafqaz” ansamblının iştirakı ilə konsert olub. İstedadlı həmvətənlərimiz Kiyev sakinlərini və Ukrayna paytaxtının qonaqlarını Qafqaz xalqlarının rəqsləri, eləcə də “Yallı”, “Naz eləmə”, “Nəlbəki” və digər Azərbaycan xalq rəqsləri ilə tanış ediblər. (azertag.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa