Azərbaycanlı milyarderin menecerləri həbs edildi – İnanılmaz dələduzluq – Yenicag.Az

Reklam

Reklam

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və “Rosneft”in bir neçə menecerini həbs edib.

Yenicag.az musavat.com-a istinadən xəbər verir ki, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib.

Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.

Əməliyyat nəticəsində, ilk olaraq, “Rosnef- Stavropol”un top-meneceri və “Lukoyl”un bir neçə meneceri yaxalanıb.

Bundan sonra “Rosneft”dən Oleq Kolpakov, “Lukoyl”dan isə Kovalevski və Yukinski adlı menecerlər də saxlanılıb. Onlar barəsində “mütəşəkkil cinayətkar dəstə yaratmaq” və “külli-miqdarda dələduzluq” maddəsiylə cinayət işi başlanılıb.

Həbslərin davam edəcəyi gözlənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5781
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."