Rusiyanın Komi Respublikasının Uxta şəhərindəki “Lukoyl” neft şirkətinə məxsus neft emalı zavodunda güclü partlayış baş verib, yanğın başlayıb.
Yenicag.az xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyindən yanğının söndürülməsinə 18 yanğınsöndürən maşının cəlb edildiyi bildirilib.
Hadisə zamanı bir nəfər xəsarət və həmin şəxs xəstəxanaya çatdırılıb.
Yanğının ümumi 1000 kvadratmetrədək sahəni əhatə etdiyi qeyd edilib.
Partlayışın təsiri yaxınlıqdakı evlərdə də hiss edilib. “Yarmarka” ticarət mərkəzinin təxliyə edildiyi vurğulanıb.
Partlayışın baş verdiyi zavod azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoyl” şirkətinə aiddir.
www.yenicag.az