Azərbaycanlı milyarderlərə sanksiya tətbiq olundu - SİYAHIDA kimlər var?
Yenicag.az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Sanksiya siyahısında “Rusiya daşınmaz əmlakının kralları” kimi tanınan Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarah İliyev də yer alıb. Onlar ümumilikdə 2 milyard funt sterlinqlik dəyərində sərvətə sahibdirlər.
Sanksiya tətbiq olunanların bəziləri:
Xersonda qurulan hökumətin başçısı, Rusiya Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Sergey Yeliseyev
Qondarma “Luqansk Xalq Respublikası”nın təhsil və elm naziri İvan Kusov
Zaporojyedə qondarma hökumətin başçısı təyin olunan Yevgeni Balitski
Qondarma “Donetsk Xalq Respublikası” sədrinin müavini Evgeni Solntsevin
Ural Mədən-Metallurgiya Şirkətinin prezidenti və təsisçisi İsgəndər Mahmudov
ARETI Beynəlxalq Qrupunun prezidenti və sahibi İqor Makarov
Putinin sevimli PR agentliyi kimi tanınan IMA Consulting.