Reklam

Reklam

Arvadı bunun üçün 3,6 milyon dollar ödəyib.

Vəzifəsindən kənarlaşdırılan və həbs edilən Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov azadlığa buraxılıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycan əsilli keçmiş nazir külli miqdarda girov müqabilində azadlığa çıxa bilib. Nəsirovun girov ödənişini həyat yoldaşı edib. O, ərinin azadlığa çıxması üçün düz 100 milyon qriven (3,7 milyon dollar) ödəniş edib.

Bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb. Pullar məhkəmənin hesabına keçirilib.

Qeyd edək ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb.

Mart ayının 7-də Kiyevin Solomenski rayon məhkəməsi Nəsirov barəsində 60 günlük həbs qətiimkan tədbiri seçmişdi.

O, istintaq tədbirləri ilə bağlı martın 3-də müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Saxlanılan zaman o infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. Korrupsiya cinayətində şübhəli bilinən Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov məhkəmə zalına xərəkdə gətirilib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."