Tanınmış yazar İradə Əlili Türkiyənin Tokat şəhərində keçirilən İkinci Kitab Festivalına qatılıb.
Yenicag.az-a verilən xəbərə görə, festivalda imza günü keçirilən yazar oxucuları ilə görüşüb.
Görüşdə Qarabağ həqiqətlərindən və iki dövlət arasında qardaşlıqdan bəhs edən “Xocalı danışır” kitabı türk oxucularına təqdim olunub.
Festivalın yüksək səviyyədə keçirilməsinə və dəvətə görə, Tokat bələdiyyə başqanı Əyyub Əroğluna və Türkiyənin Azərbaycandakı səfiri Xəzər İbrahimə təşəkkürünü bildirən İradə Əlili bundan sonra da qardaş ölkələr arasında münasibətin inkişafı üçün əllərindən gələni edəcəyini açıqladı.
www.yenicag.az