Azərbaycanlılar Bakıdan reportaj hazırlayan rus bloqerə üzr istətdilər – QALMAQAL

Rusiyalı videobloqer Valeri Lovıqin Azərbaycan paytaxtından hazırladığı reportaja görə üzr istəməli olub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumat “Readovka” “Telegram” kanalında yayılıb.

Qeyd olunur ki, rus videobloqer azərbaycanlılardan aldığı təhdidlərdən sonra bu addımı atmalı olub.

Bildirilir ki, Lovıqin Bakının gecə həyatından bəhs edən materialında azərbaycanlı kişilərin zoofilliyə və homoseksuallığa meylli olduqlarını iddia edib.

Məlumata əsasən, bloqerlə “haqq-hesab çəkmək” üçün 20-25 azərbaycanlının onu “linç etməyə” hazırlaşdığı haqda informasiya yayılıb.

Bundan sonra kamera qarşısına keçən Lovıqin Azərbaycan xalqından üzr istəyib:

“Mən bu insident və dediyim o sözlər, ifadələr üçün Azərbaycan xalqından üzr istəyirəm. Mən öz səhvimi ürəkdən dərk edir və söz verirəm ki, belə bir hal bir daha təkrarlanmayacaq”.

Bloqer bu müraciətinin sonunda “dostcanlı” Azərbaycan xalqının onu bağışlayacağına ümid etdiyini bildirib.