Tanınmış modeldən SƏRT SÖZLƏR: “Əri döyən, evdən qaçan hamısı oradadır”
“Bu gün ərindən boşanan, evindən qaçan, əri döyən, “hansı yolla olur-olsun, təki məşhur olum” arzusu ilə yaşayan kim varsa, hamısı qaçır efirə”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış model və aktrisa Əfsanə Qasımova deyib.
Sənətçi efirlərdə baş alıb gedən biabırçılıqdan danışıb:
“Hansı kanalı açırsan, biabırçılıqdır. Bəzən müğənniləri deyirlər, amma təkcə müğənnilər deyil. Bu gün ərindən boşanan, evindən qaçan, əri döyən, “hansı yolla olur-olsun, təki məşhur olum” arzusu ilə yaşayan kim varsa, hamısı qaçır efirə. Əllərinə mikrofon alıb, ağızlarına gələni danışırlar. Bədbəxtçilik bundadır ki, onlara o şəraiti də yaradanlar var. Efirimizə baxanda əsəb, stress keçirirəm. Yaxud da adını müğənni qoyan “bozbaş”lar var ki, sənətdən xəbərləri belə yoxdur. “Üç badam, bir qoz” mahnılarla camaatın zövqünü korlamaqla məşğuldurlar. Hansı verilişə də çıxırlar, “mən-mən”, “mən sənətkaram” deyib özlərinə tərif yağdırırlar. Əsl sənətkar da kənardan baxır, deyir, yaxşı, əgər bu sənətkardırsa, onda mən kiməm? Elə buna görə də sənətkarları küsür və öz dünyalarına çəkilirlər. Nəticədə də meydan elələrinə qalır. Belə şeylərə görə Azərbaycan telekanallarına baxmıram. Yalnız xarici kanalları izləyirəm. Efirlərə nəzarət edən qurum hara baxır?”
Cəvahir