Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirildi - FOTO/VİDEO

media-hightechnic-468x90

Azərbaycan HR İnstitutunun təşkilatçılığıMeditopiaşirkətinin bsponsorluğu ilə 20 May Beynəlxalq HR günüBakıda Avropa İnsan Resursları Assosiasiyası, Maldiv, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan HR Assosiasiyalarının Prezidentləri, Vitse prezidentləri, İdarə Heyəti üzvləri, İnsan resursları üzrə baş direktorlar və HR peşəkarlarının iştirakı ilə International HR Summit 2025” tədbiri keçirilib.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki,International HR Summit 2025 tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetini əsas alaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir.

media-7aff0641-7873-4100-8b7e-1bbe5d2d3e9c

20 May – Beynəlxalq HR günü keçirilən tədbirin ən mühüm tarixi hadisələrindən biri Bakıda “Türkdilli Dövlətlərin HR İttifaqı”nın ilk dəfə təsis edilməsidir.

Tədbirdə yerli və beynəlxalq təşkilatların insan resursları üzrə baş direktorları, dünyanın aparıcı HR Assosiasiyalarının rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər. Tədbir iştirakçıları qlobal insan resursları trendləri, rəqəmsal insan resurslarısüni intellekt, İnsan resurslarında liderlik, öyrənmə və inkişafın perspektivləri s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.

media-2fdfd405-dc4d-4981-a77f-10126abe0fad

Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən “Baku International CEO Summit 2022”, “Global HR Summit2023, “World HR Summit 2024” və “COP29 Human Capital Forum” tədbirləri uğurla həyata keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600