ABŞ-də böyük əməliyyat: Erməni mafiozlar həbs edildi

media-hightechnic-468x90

Los-Ancelesdə 13 nəfər qətl və fırıldaqçılıq, həmçinin “Amazon” onlayn çatdırılma paketlərindən 83 milyon dollar oğurluq ittihamı ilə həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “ABC 7” telekanalı məlumat yayıb.

Məlumata görə, “Amazon” oğurluqlarını ermənilərin də daxil olduğu və rus mafiyası ilə əlaqəsi olan transmilli cinayət qruplaşma həyata keçirib:

“Təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirərək Los-Ancelesin ətrafı San Vallidə binaya basqın ediblər. Tutulanlardan təxminən 100 min dollar, üç zirehli maşın və odlu silah müsadirə edilib. Təqsirləndirilən Ara Artuni və ətrafı “Amazon”da kuryer kimi çalışıb və yol boyu yük oğurlayıb. Artuni Robert Amiryana sui-qəsd sifariş verməkdə də ittiham olunur. O, da öz növbəsində, Artuninin yaxın adamlarının oğurlanması və işgəncələrinin təşkilində ittiham olunur. Saxlanılan şəxsləri (Ara Artuni, Robert Amiryan, həmçinin Vaan Arutyunyan, Levon Arakelyan və İvan Bohorkes) 10 ildən ömürlüyədək həbs cəzası gözləyir”./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600