Azərbaycanlılara hücum edən erməniyə hökm oxundu

media-hightechnic-468x90

Azərbaycanın Xarici İşlər Nazirliyi Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyul ayında Los-Anceles şəhərində yerləşən Azərbaycan Baş Konsulluğun yaxınlığında dinc aksiya keçirən azərbaycanlılara hücum edən erməniyə qarşı çıxardığı hökmü alqışlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter səhifəsində yazıb.

“2021-ci ilin iyununda Erik Akopyana hökm oxunduqdan sonra Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyulunda Azərbaycanın Baş Konsulluğu qarşısında dinc etiraz aksiyası keçirən azərbaycanlılara nifrət zəminində hücum edən Hovhannes Sukiasyana da hökm çıxarılmasını alqışlayırıq”, – paylaşımda deyilir.

Qeyd olunur ki, Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və zərərçəkmişin bütün xərclərini ödəməlidir.

“Ümid edirik ki, bundan lazımi dərs çıxarılacaq”, – A.Hacızadə əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05