“Azəriqaz” bayram günlərindəki iş qrafikini açıqladı

media-hightechnic-468x90

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftədə, qeyri-iş günlərində Bakı və Abşeron rayonunda yaşayan vətəndaşlara xidmət göstərəcək.

media-banner_tkm

Yenicag.az “Azəriqaz”a istinadən xəbər verir ki, qurumun Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 26 iyun – 2 iyul tarixlərində BRQSD-nın inzibati binasında, həmçinin qeyd olunan tarixlərdə (iyunun 28 və 29-u istisna olmaqla) Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində vətəndaşlara xidmət göstərəcəklər.

Bildirilir ki, “Azəriqaz” əməkdaşları həftə içi saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcəklər.

Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və 077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05