“Azerspace-2” peyki öz xərclərini ödəyəcək
“Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace-2” 2016-cı ildən öz-özünü maliyyələşdirə biləcək”.
Yenicag apa-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, artıq plandan əvvəl kommersiya işlərinə başlanılıb: “2013-cü ilin 6 ayında verilən kreditlərin 50%-i ödənilib, indi bu rəqəm 75 %-ə çatıb, gələn il isə artıq “Azərspace-2” peyki öz xərclərini ödəyərək, gəlir vermə rejiminə keçirəcək”.