Azpetrol məsələyə aydınlıq gətirdi

media-hightechnic-468x90

87294“Azpetrol” şirkəti “Premium” markalı benzinin qiyməti ilə bağlı məlumat yayıb.

Yenicag qafqazinfo-ya istinadən bildirir ki, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azpetrol Şirkəti tərəfindən Premium markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılmış və 13 yanvar 2015 ci il tarixindən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.

30 dekabr 2014-cü il tarixli 1167- İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək Premium markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600