AzTV-də baş verən bədbəxt hadisə ilə bağlı MƏLUMAT - FOTO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində baş verən dağıntı ilə bağlı məlumat yayıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı 1 otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə 1996-cı il təvəllüdlü Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb.

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N.Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600