14:10
Azərbaycan Dövlət Televiziyasında (AzTV) daha bir kadr dəyişikliyi olması barədə xəbər yayılıb. AzTV-nin “İqtisadiyyat” xəbərlərinin jurnalist, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyevin təqdimatında yayımlanacağı qeyd edilib.
AzTV-dən isə Yenicag.az-a bildirilib ki, Namiq Əliyevin televiziya ilə əməkdaşlığını kadr dəyişikliyi kimi qələmə vermək yanlışdır:
“Namiq Əliyev Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəridir. O, AzTV-də işə götürülməyib, sadəcə olaraq, “İqtisadiyyat” xəbərləri üçün televiziyaya dəvət olunub. Bunu kadr dəyişikliyi kimi qələmə vermək düzgün deyil”.
Qeyd edək ki, Azərbaycan Dövlət Televiziyasında (AzTV) daha bir kadr dəyişikliyi olması barədə xəbəri Report yayıb.
Cəvahir
www.yenicag.az