AZTV-nin canlı efirində gözlənilməz hadisə – Video
Ötən gün AZTV-nin canlı yayımında kuryoz hadisə yaşanıb.
Belə ki, telekanalın əməkdaşı Nurlan Hacıyev “Neftçi”-“Mladost” oyunundan öncə bakılıların idman direktoru Vəli Qasımovdan müsahibə alarkən stadionun drenaj sistemi işə düşüb. Bu zaman su şırnağı aparıcı ilə müsahibin üzərindən keçərək hər ikisini isladıb.
Sözügedən kuryoz hadisə ortaya maraqlı görüntülər çıxarıb.
Veriliş zamanı yaşanan kuryoz hadisənin videogörüntüsünü təqdim edirik:(a24.az)