Azyaşlı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bakıda 4 yaşlı uşaq yanaraq ölüb.
Yenicag.az xəbər verir ki, hadisə iyunun 27-də saat 13:00 radələrində Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış məntəqəsində qeydə alınıb.
Bakı şəhər sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynar süd qazanında düşüb.