Soyuducudakı təhlükə: "Süd məhsullarının plastik butulkalarda saxlanılması təhlükəlidir" - VİDEO

media-hightechnic-468x90

Son illər nəzarətdən kənar satış məntəqələrində, xüsusilə “kənd məhsulu” adı altında plastik butulkalarda satılan süd və digər maye tipli qidaların sayı artıb. Mütəxəssislər bu cür məhsulların həm qablaşdırma, həm də saxlanma şəraitinə görə insan sağlamlığı üçün ciddi risklər daşıdığını bildirirlər.Qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında qeyd edib ki, qidaların istehsalı və satışı zamanı istifadə olunan qablaşdırma materialları məhsulun keyfiyyətinə təsir göstərməməli və tərkibində dəyişiklik yaratmamalıdır:

“Mənşəyi bəlli olmayan yerlərdə, məhəlləarası maşınlarda və nəzarətdən kənar satış nöqtələrində müxtəlif maye tipli qidaların birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik butulkalarda satılması ciddi təhlükə mənbəyidir”.

Ekspert bildirib ki, bu qablar təkrar istifadə edildikdə və lazımi qaydada yuyulub qurudulmadıqda onların tərkibində mikroorqanizmlər qalır və həmin mikroorqanizmlər qidanın içinə keçərək insan orqanizminə zərər verə bilir:

“Xüsusilə süd məhsulları zülal mənşəli olduğu üçün yüksək risk qrupuna daxildir və tez xarab olur. Uyğun olmayan qablaşdırma və temperatur şəraitində saxlanılan süd məhsullarında patogen bakteriyalar və mikroorqanizmlər sürətlə çoxalır”.

Onun sözlərinə görə, belə məhsulların qəbulu zəhərlənmə, həzm sisteminin pozulması və digər sağlamlıq problemlərinə səbəb ola bilər:

“Bu hallar daha çox immun sistemi zəif olan şəxslərdə, hamilə və süd verən qadınlarda, eləcə də azyaşlı uşaqlarda ağır fəsadlara gətirib çıxarır. Bundan başqa, plastik butulkalar yüksək temperatura məruz qaldıqda onların tərkibindəki mikrohissəciklər qidaya keçərək hormon və endokrin sisteminin pozulmasına, gələcəkdə isə daha ciddi xəstəliklərin yaranmasına yol aça bilər”.

Ətraflı videomaterialda:

Samir Məcid

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa