Bacısını öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlan HƏBS EDİLDİ

media-hightechnic-468x90

Cəlilabadda bacısını öldürməkdə təqsirləndirilən Məhəmməd Şahbazovun barəsində həbs qətimkan tədbiri seçilib.

media-banner_tkm

Yenicag.az “report”a istinadən bildirir ki, bu barədə rayon məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib və M.Şahbazovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumat Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqlənib.

Qeyd edək ki, hadisə mayın 16-da Cəlilabad rayonunun ərazisində qeydə alınıb.

Belə ki, həmin gün rayon sakini, 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Şahbazovun qeyd olunan tarixdə bacısı R.Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Şahbazov şübhəli şəxs qismində tutulub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05