Bağdadi öldürüldü, yoxsa yaralandı? – Rəsmi açıqlama

media-hightechnic-468x90

fft99_mf4547621İraqda terror təşkilatı IŞİD tərəfindən xəlifə elan edilən Əbubəkr əl-Bağdadinin yaralandığı, hətta öldürüldüyü iddia edildi. IŞİD sözcüsü Əbu Məhəmməd əl-Adnani, Twitter hesabından verdiyi açıqlamada Bağdadinin yaralandığını bildirsə də, geniş açıqlama vermədi.

Yenicag.az xəbər verir ki, “xəlifənin ölməsiylə xilafətin sonlanacağını zənn edənlər yanılır” deyə, təhdid edən Adnani, Bağdadinin səhhəti ilə bağlı dəqiq açıqlama vermədi.

Qeyd edək ki, koalisiyanın Ənbara təşkil etdiyi hücumlar zamanı Bağdadinin yaralandığına, hətta öldürüldüyünə dair xəbərlər yayılmışdı.

Qeyd edək ki, İraqda Ənbar Şəhər Məclisinin sədri Səhər Kerhut, ABŞ liderliyindəki beynəlxalq koalisiya güclərinə aid təyyarələrinin həyata keçirdiyi əməliyyatda, aralarında 2 IŞİD lideri olmaq üzrə 12 nəfərin öldüyünü bildirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600