Bakcell-dən yeni kampaniya

media-hightechnic-468x90

Logo_Bakcell_010909Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti növbəti dəfə ikiqat bonus kampaniyasına start verir.

Şirkətdən verilən məlumata görə, 2014-cü il 1 noyabr tarixindən 31 yanvar 2015-ci il tarixinə kimi keçiriləcək kampaniya CIN abunəçilərinə ikiqat bonuslar qazandıracaq.

Kampaniyaya qoşulmaq üçün CIN abunəçiləri “*” yazıb 5522 qısa nömrəsinə pulsuz SMS yollamalıdırlar. Bundan sonra abunəçiyə bir ay ərzində istifadə etdiyi balansa uyğun olaraq bonus təklif olunur. İkiqat bonus əldə etmək üçün abunəçi 1 yazıb 5522 qısa nömrəsinə göndərməlidir. Abunəçilər əldə etdikləri bonusları 7 gün ərzində ölkədaxili zənglər və SMS və MMS-lərə sərf edə bilərlər.

Kampaniya haqqında əlavə məlumat almaq üçün 5522 qısa nömrəsinə boş mesaj göndərin və yaxud bu linkdən istifadə edin: http://www.bakcell.com/az/get-doubled-balance

(trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600