Reklam

Reklam

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell 1-6 aprel 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən uşaqlar arasında 17-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib.

Bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilir. İsveçrə sistemi üzrə keçirilən bu turnirdə Azərbaycan, Fransa, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Serbiya və Qazaxıstandan 50-dən çox gənc şahmatçı iştirak edir. Gənc istedadlı şahmatçıları həmişəki kimi “Bakcell”dənmaraqlı hədiyyələr gözləyir.

Bakcell şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən beynəlxalq uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə ŞirkətAzərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş geniş miqyaslı layihələri həyata keçirir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 648
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."