“Bakcell”in yeni konsept mağazası Bərdədə - FOTOLAR

media-hightechnic-468x90

Bərdə şəhərində “Bakcell”in yeni konsept mağazası açılıb. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni mağaza tam olaraq müştəri yönümlü yanaşma üzərində qurulub.

Yenicag.az xəbər verir ki, Bərdə şəhəri, Ü.Hacıbəyli küçəsində (Hərbi Polis idarəsi ilə üzbəüz) yerləşən mağaza özündə müştəri xidməti və satış funksiyasını birləşdirir. Burada Bərdə sakinlərinə şirkətin məhsul və xidmətlərinin tam çeşidi ilə yanaşı, mobil nömrələr və aksessuarlar təklif edilir.

Qeyd edək ki, bu, “Bakcell”in Azərbaycanın regionlarında açılmış ikinci konsept mağazasıdır. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600