!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Atatürk Liseyindən növbəti xeyirxah addım - Fotolar

!Reklam – Yazi

Liseyin müəllim və şagirdləri tərəfindən “Qadın və uşaq sığınma evi”nə yardım edilib.

Yenicag.az xəbər verir ki, bu günlərdə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin müəllim və şagirdlərindən ibarət heyəti “Qadın və uşaq sığınma evi”nə baş çəkib, oradakı insanlar üçün yardım aparıb.

Bu barədə məlumat verən liseyin müəllimi, sözügedən aksiyanın təşəbbüsçülərindən biri Türkanə Ağarzayeva deyib ki, məqsəd həm şagirdlərimizdə xeyirxahlıq hisslərinin aşılanmasına dəstək olmaq, həm də qayğıya, dəstəyə ehtiyacı olan insanlara kömək əlimizi uzatmaqdır:

“Beləliklə, qısa bir müddət ərzində müəllim və şagirdlərimiz tərəfindən həmin sığınacaqda məskunlaşmış qadın və uşaqlar üçün yardımlar toplandı. Və bu yardımı elə müəllim və şagirdlərimizdən ibarət bir qrupla aparıb “Qadın və uşaq sığınma evi”nə təqdim etdik”.

Türkanə Ağarzayeva onu da bildirib ki, sözügedən sığınacaq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın təşəbbüsü ilə 2002-ci ildə yaradılıb. İlk vaxtlar Mehriban Zeynalovanın evində fəaliyyət göstərən sığınacaq üçün artıq özəl bir yer kirayələnib və hazırda buranın 40-a yaxın sakini var.

Müxtəlif səbəblər ucbatından evsiz qalan, o cümlədən məişət zorakılığı qurbanı olan qadınlarla yanaşı uşaqların da qaldığı bu sığınacaqda onların minimal ehtiyaclarının ödənilməsi üçün imkan daxilində addımlar atılır. Belə ki, burada yaşayanlar tibbi yardım alır. Bundan başqa, bura gələn xanımlardan kiminsə təhsili yarımçıq qalıbsa, Təhsil Nazirliyinə müraciət olunur və onlar yenidən təhsillərinə davam edə bilirlər.

Sığınacaqda məktəbə gedəcək yaşda uşaqlar da var. Onların dərsləri yarımçıq qalmır, sığınacağa yaxın yerdə məktəbə gedir və təhsillərini davam etdirirlər:

“Bununla belə bəzən kommunal xərcləri ödəməkdə çətinlikləri olur. Ona görə də xeyirxah insanlardan xahiş edirik ki, bu sığınma evinə imkan daxilində yardım etsinlər. Öz növbəsində Bakı Atatürk Liseyi olaraq bundan sonra da sığınma evinə mütəmadi yardımlar edəcəyik”.

www.yenicag.az

2440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv