Bakı Beynəlxalq Avtovağzal Kompleksində taksi sürücülərindən narkoloji test üçün 20 manat ödəniş tələb olunur. Amma buna görə sürücülərə heç bir qəbz verilmir. Üstəlik, niyə pullu xidmət göstərdiklərini soruşduqda “özəl klinikadır” deyə ödənişli olduğunu bildiriblər.
Baku TV-nin əməkdaşları da özəl klinika dedikləri 5-ci otaqda narkoloji test üçün analiz veriblər. Hətta bunun üçün ödəniş də edilib.
Lakin ödəniş etdiklərinə dair Baku TV əməkdaşlarına da qəbz verilməyib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) isə avtovağzalda baş verənlərə münasibəti belə olub:
“Sürücülərin bu müayinələri dövlət və özəl tibb müəssisələrindən keçməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Onların rahatlığının təyin edilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində də bir sıra özəl tibb müəssisələrinin təşəbbüsü ilə xidmət təşkil edilib. Bu xidmətlərə görə ödənişlər tibb müəssisələri tərəfindən müəyyən olunur”.
Sürücülərə göstərilən xidmətin müqabilində onlara qəbz verilməməsi məsələsinə gəldikdə isə AYNA bunun onlara aid olmadığını bildirib.
Ətraflı süjetdə:
www.yenicag.az