!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Bəyannaməsi: "Bu, xalqların istəyindən doğur və qardaşlıq bağlarını daha da möhkəmləndirəcək" - Hulusi Kılıç

!Reklam – Yazi

İyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri tərəfindən Bakı Bəyannaməsi imzalandı.

44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni yaranmış reallığa uyğun olaraq Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin məntiqi davamı olaraq savaş sırasında Azərbaycana dəstəyini ifadə edən Pakistanın da rəsmi şəkildə əməkdaşlığa cəlb edilməsi bölgədə və beynəlxalq arenada ümumi mənafedən çıxış etmə fonunda platformanın gücünü ortaya qoyur.

Demək olar ki, bütün sahələrdə əməkdaşlığı özündə ehtiva edən Bakı Bəyannaməsi hər üç ölkə arasında qardaşlıq bağlarını daha da möhkəmləndirmə və həmrəylik baxımından da çox önəmlidir.

Bakı Bəyannaməsinin imzalanmasını Yenicag.az-a şərh edən Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç sözügedən sənədi tarixi sənəd kimi dəyərləndirib.

Hulusi Kılıç Türkiyə, Azərbaycan və Pakistanın yeni əməkdaşlıq mütəvisində münasibətlərini daha da möhkəmləndirəcəyini vurğulayıb:

“Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə üç ölkə arasında körpü təşkil edir. Parlament tərkibini xalq müəyyənləşdirdiyi üçün üç ölkənin parlament sədrləri də öz xalqlarını təmsil edirlər. Daha dəqiq desək, bu, xalqların birliyindən doğur.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsindən sonra Bakı Bəyannaməsinin imzalanması Azərbaycanımızın 44 günlük müharibədə üzə çıxardığı yeni reallığın növbəti yansımasıdır. 44 günlük müharibədə Türkiyə və Pakistanın Azərbaycana verdiyi diplomatik dəstəyi hər birimiz bilirik. Zəfərdən sonra üç ölkənin xarici işlər nazirlərinin görüşməsi, Sahibə Qafarovanın Pakistana səfər etməsi bu baxımdan önəmlidir”.

Sabiq səfir bəyannamənin bölgədə sabitliyin təmin edilməsində mühüm siyasi ağırlığının olduğunu bildirib:

“Bakı Bəyannaməsinin siyasi ağırlığı var. Sənəd bölgədə təhlükəsizliyin qorunacağına təminat verir. Heç bir dövlət bu sənədin imzalanmasından narahatlıq keçirməməlidir, çünki bəyannamənin əsas müddəaları sülh və sabitlik üzərinə qurulub.

Bəyannamə üç ölkənin fərqli sahələrdə əməkdaşlığını özündə ehtiva edir ki, bu da xalqların istəyindən qaynaqlanır.

Bəyannaməni üç ölkə arasında imzalanmış ən önəmli sənəd olaraq görürəm. Bundan sonra dövlətlərarası münasibətlərin dərinləşəcəyini, qardaşlıq bağlarının daha sıx pərçimlənəcəyini əminliklə deyə bilərik. Qısacası, Bakı Bəyannaməsi tarixdə öz yerini aldı”.

Aqil Bəkir

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv