Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, belə hallar həmin qatarın mənzil başına çatmasında gecikmələr yaradır.

Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir.

Yeniçağ.az

www.yenicag.az

380